Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir

Uşaqların sevimli markası “Shokki Mokki” sosial məsuliyyət strategiyası çərçivəsində artıq 3 ildən çoxdur ki, UAFA təşkilatı ilə birgə “Məktəbim” layihəsini uğurla icra edir.

Layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan uşaqların keyfiyyətli və təhlükəsiz məktəbəqədər təhsilə çıxışını təmin etmək, eyni zamanda qadınların sahibkarlıq və məşğulluq imkanlarını artırmaqdır.

Bu yanaşma “Məktəbim” layihəsini həm təhsil, həm də sosial-iqtisadi inkişaf baxımından əhəmiyyətli bir təşəbbüsə çevirir.

2025-ci ildə layihə çərçivəsində mühüm nəticələr əldə olunub.

Belə ki, ölkənin müxtəlif bölgələrində 22 yeni “Məktəbim” mərkəzi fəaliyyətə başlayıb və 220-dən çox uşaq məktəbəqədər təhsilə cəlb olunub. Açılan mərkəzləri UAFA tərəfindən xüsusi təlim keçmiş qadın sahibkar idarə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə