Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, ev 58 ünvanında fiziki şəxs Firdovsi Mülkü oğlu Quliyevə məxsus “Ramin Nur” şadlıq sarayında yoxlama aparıblar.
SİA xəbər verir ki, agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı istehlakçı hüquqlarının, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.
Aparılan yoxlama nəticəsində obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, camış ətinin istehlaka dana əti adı ilə təqdim edildiyi məlum olub. Buna baxmayaraq camış əti müvafiq baytarlıq sənədi və idxal sağlamlıq aktı ilə müşayiət edilib. Həmin hal qida təhlükəsizliyi riski yaratmasa da, istehlakçıların aldadılaraq onların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur.
Bundan başqa, şadlıq evində tərkibi ilə etiket məlumatları uyğunsuzluq təşkil edən alkoqolsuz içkilərin təqdim edildiyi məlum olub. Qida məhsullarının saxlanılması ilə bağlı tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, mətbəxdə istehlaka hazır qidalardan, donmuş ət məhsullarından və meyvə şirəsindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, icrası məcburi göstərişlər verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB