"Qarşıdan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Adından da göründüyü kimi, bu əlamətdar tarix dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlıların həmrəyliyini, birliyini və milli-mənəvi dəyərlərə bağlılığını ifad edən xüsusi bir gündür". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib: "Bu bayram Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və milli təfəkkürü nəticəsində təsis edilmişdir.
Məlumdur ki, 31 dekabr tarixində bir çox ölkələrdə Yeni il bayramı qeyd olunur. Lakin Yeni ilqeyd olunması xalqımızın milli-mədəni köklərindən irəli gələn bayram deyil. Bu bayram xristian dünyasında İsa Məsihin mövludu ilə bağlı dini xarakter daşıyır. Məhz bu səbəbdən Ümummilli Lider Heydər Əliyev 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etməklə xalqımızın bu günü özünəməxsus, milli ruhda qeyd etməsini məqsədəuyğun hesab etmişdir. Bu addım milli kimliyimizin qorunması və dünya azərbaycanlılarının bir amal altında birləşməsi baxımından mühüm tarixi əhəmiyyət daşıyır.
Bu gün dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlı yaşayır. Soydaşlarımızın ən böyük hissəsi Cənubi Azərbaycanda yaşayırlar. Bununla yanaşı, Avropa, Amerika, Rusiya, Orta Asiya və digər bölgələrdə yaşayan azərbaycanlılar da milli-dini kimliklərini qorumağa, Vətənlə bağlarını möhkəmləndirməyə çalışırlar. Əslində, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təkcə bir günlə məhdudlaşmamalı, azərbaycanlılar hər zaman, harada yaşamasından asılı olmayaraq, bir-birinə dəstək olmalı, həmrəy olmalıdırlar.
Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları, qeyri-hökumət təşkilatları və ictimai birliklər daha sıx əməkdaşlıq etməli, ölkəmizin zəngin tarixini, mədəniyyətini, dilini, ədəbiyyatını və milli maraqlarını dünya ictimaiyyətinə düzgün şəkildə çatdırmalıdırlar. Bu sahədə xüsusilə gənclərin rolu danılmazdır. Gənclərimiz yüksək səviyyədə təhsil almalı, bir neçə xarici dil bilməli, innovativ texnologiyalardan və müasir kommunikasiya vasitələrindən səmərəli istifadə etməyi bacarmalıdırlar. Yalnız bu halda biz informasiya müharibəsində və beynəlxalq müstəvidə daha güclü mövqeyə sahib ola bilər,dəyərlərimizi dünyaya tanıda bilərik.
Mən də qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün dünya azərbaycanlılarını səmimi-qəlbdən təbrik edirəm. Uca Allah xalqımıza ivə dövlətimizə qüdrət, möhkəmlik, firavanlıq nəsib etsin. Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlılara möhkəm iman, can sağlığı və birlik arzulayıram. Qoy millətimiz hər zaman xeyir işlərdə bir olsun, həmrəy olsun və güclü Azərbaycan naminə çiyin-çiyinə addımlasın".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB