Mətləb Salahov: "Prezidentin təşəbbüsü ilə 20 mindən çox şəxsə şamil ediləcək böyük Amnistiya aktı bu insanların yenidən cəmiyyətə qazandırılması baxımından olduqca önəmli addımdır"
"Prezident İlham Əliyevin "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya təşəbbüsünü ilk əvvəl mənəvi və tarixi prizmadan dəyərləndirmək vacibdir. Müstəqillik tariximizdə ilk dəfə olaraq qəbul ediləcək bu amnistiya aktı 20 mindən çox məhkumun əfv edilməsi və ya cəzasının azaldılmasını nəzərdə tutur ki, bu da ölkəmizdə tarixən mövcud olan insani dəyərlərə dair müsbət ənənənin uğurlu davamıdır. Bu, həm də Azərbaycan dövlətinin tarix boyu humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirir. Bu Amnistiya təşəbbüsü ilk olaraq neçə-neçə körpənin öz valideynlərinə qovuşması, neçə ailədə sevinc olması deməkdir. Həbsxana həyatından azadlığa qovuşmuş insanların və onların ailələrinin sevincini sözlə təsəvvür etmək mümkün deyil."
Bu fikirləri SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, bu amnistiya aktı ilə 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. M.Salahov diqqətə çatdırıb ki, 20 mindən çox insana şamil ediləcək bu addım həm də böyük ictimai əhəmiyyət kəsb edir: "Diqqət edin: bu sayda insanın amnistiya aktından yararlanması o deməkdir ki, bu insanlar ilk növbədə ictimai fərd olaraq yenidən cəmiyyətə qazandırılır. İnsan həyatı səhvsiz, qəzasız olmur. Bu insanlara göstərilən böyük humaniz ilk əvvəl onların ictimai həyata inteqrasiyasına, şəxsiyyət olaraq yenidən cəmiyyətdə mövqe sahibi olmalarına, öz azadlığına qovuşaraq Azərbaycan dövlətinin gələcəyi üçün yenidən faydalı vətəndaş kimi xidmət göstərmələrinə böyük imkanlar yaradır."
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB