"Müxtəlif bəhanələrlə 16-17 yaşında qızların ərə verilməsinə şərait yaradılırdı" -SƏDAQƏT QURBANOVA
"Əvvəllər yerli icra hakimiyyətləri tərəfindən müxtəlif bəhanələrlə 16-17 yaşında qızların ərə verilməsinə şərait yaradılırdı". SİA-nın verdiyi məlumata görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın iştirakı mətbuat konfransı zamanı açıqlamasında deyib.
Onun sözlərinə görə, yerli icra hakimiyyətlərinin sərəncamı əsasında buna razılıq verilirdi: "Artıq bu istisna tamamilə aradan qaldırılıb və qanunla həm oğlan, həm də qız üçün nikah yaşı 18 yaş müəyyən olunub. 18 yaşı tamam olmamış şəxslərin nikaha daxil olması qadağandır. Nikahın bağlanmasına mane olan hallar sırasında, yaxın qohumluq dərəcəsində olan şəxslərin nikaha daxil olması da qadağan olunub. Bu, bir çox ölkələrin təcrübəsində var və Azərbaycan qanunvericiliyində də həmin qadağalar tətbiq edilir. Yəni, yaxın qohumlar arasında nikah bağlanması qadağandır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də bu mövzu əhatə olunub. Məsələn, bir şəxsi nikaha və ya rəsmi qeydə alınmamış evliliyə daxil olmağa məcbur etmək yəni, zorla evləndirmə cinayət sayılır. Bu halda, təqsirkar şəxs 2000 manatdan 3000 manata qədər miqdarda cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər.
Əgər bu məcbur etmə nikah yaşına çatmayan şəxslə bağlıdırsa, yəni erkən evliliyə məcbur etmə halıdırsa o zaman cərimə miqdarı artır: 3000 manatdan 4000 manata qədər və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB