"Mühafizə orderlərinin verilməsi ilə bağlı dəyişikliklər var" - Sədaqət Qəhrəmanova
"Həqiqətən, əvvəllər məişət zorakılığına məruz qalmış qadın məhkəməyə müraciət edərkən öz vəsaiti hesabına bunu etməli olurdu. İndi isə dəyişikliklər nəticəsində həmin qadın artıq dövlət hesabına hüquqi yardım - yəni rəsmi olaraq vəkillə təmin olunur". SİA-nın verdiyi məlumata görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın iştirakı mətbuat konfransı zamanı açıqlamasında deyib.
Onun sözlərinə görə, mühafizə orderlərinin verilməsi ilə bağlı da dəyişikliklər var: "Əvvəllər 30 gün müddətində qısa müddətli və 60 gündən uzun müddətli mühafizə orderi verilirdi. İndi isə bu müddətlər artırılıb — 60 gün qısa müddətli, 180 gün isə uzun müddətli mühafizə orderi kimi müəyyən olunub. Digər bir məsələ barışıqla bağlıdır. Adətən bizdə belə hallarda olur ki, vətəndaş müraciət edir, amma əlaqədar qurumlar çalışırlar ki, tərəfləri barışdırsınlar. Belə münasibət yolverilməzdir. Əgər ailədə problem varsa və tərəflər öz iradəsi ilə barışırlarsa, bu, başqa məsələdir. Amma təsir göstərilərək, "olub-keçib, get barış" demək doğru deyil. Qadınlar şikayət edəndə onlara belə deyirlər: "Boş şeydir, keçər", "Sən böyüdürsən", "Səbir elə", və s. Bu da doğru yanaşma deyil və artıq bu məsələyə də qanunvericilikdə xüsusi qayda tətbiq edilib. Yetkinlik yaşına çatmayan, məişət zorakılığına məruz qalan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı da dəyişikliklər var. Əgər qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddursa, həmin uşaqlar valideynlərindən və ya qanuni nümayəndələrindən alına bilər. Yəni, uşaqlar əgər məişət zorakılığı mühitində yaşayırsa və bu, onların psixologiyasına ciddi təsir göstərirsə, dövlət müdaxilə edə və uşağı o mühitdən uzaqlaşdıra bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB