"Bakıda tıxacların qarşısının alınmasında regionların inkişafı vacibdir" - SOSİOLOQ DANIŞDI
“Bakıda nəqliyyat tıxaclarının artması, şəhərin sürətli inkişafı və əhalinin çoxluğu ilə birbaşa əlaqəlidir” . Bu sözleri SİA -ya açıqlamasında sosıoloq, emekdar jurnalist Mətanət Məmmədova bildirib.

Onun sözlərinə görə, hazırda şəhərdə avtomobil sıxlığı, həm yerüstü, həm də yeraltı nəqliyyat vasitələrinin tıxanmasına səbəb olur.
“Nəqliyyat Nazirliyi müəyyən tədbirlər görərək, bəzi saatlarda nəqliyyat vasitələrinin sayını artırsa da, əhalinin həddindən artıq çoxluğu və şəxsi avtomobillərin çoxluğu tıxacların tam aradan qaldırılmasına imkan vermir. Məsələn, bəzi ailələrdə bir evdən üç və daha çox avtomobil istifadəsi müşahidə olunur ki, bu da mövcud problemə əlavə yük gətirir.
Elmi araşdırmalar göstərir ki, şəhərlərdə tıxac probleminin uzunmüddətli həlli regionların sosial-iqtisadi inkişafı ilə sıx bağlıdır. Rayonlarda yeni iş yerlərinin yaradılması, əhalinin bölgələrdə qalmasını təmin edir və kütləvi şəkildə Bakıya köçün qarşısını alır. Əks təqdirdə, insanlar iş imkanları axtarışı ilə şəhərə yönəlir, nəticədə şəhər infrastrukturu, xüsusilə nəqliyyat sistemi həddindən artıq yüklənir.
Regionların inkişafını təmin etmək üçün dövlət və sahibkarların birgə fəaliyyəti vacibdir. Tarixi təcrübə göstərir ki, 1990-cı illərdə dövlətin sahibkarlara dəstəyi onların iş yerləri yaratmasına və iqtisadi imkanlarının genişlənməsinə səbəb olmuşdur. Müasir dövrdə də eyni prinsipin tətbiqi, regionlarda yeni iş sahələrinin açılması və əhalinin burada qalmasını təmin etməklə Bakıda tıxacların azalmasına töhfə verə bilər.
Nəqliyyat tıxaclarının qarşısının alınmasında təkcə şəhər infrastrukturu və qanunvericilik tədbirləri kifayət etmir. Ən effektiv yol regionların iqtisadi inkişafı və iş yerlərinin yaradılması ilə əhalinin mərkəzləşmiş şəhərdən bölgələrə axının təşviqidir”.
Müəllif: Hacıyeva Günay
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB