Piyadaların yolu keçərkən qulaqlıqdan istifadə etməsi yol-nəqliyyat hadisəsi riskini artırır - BDYPİ
Piyadaların yolu keçərkən qulaqlıqdan istifadə etməsi yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır. Belə ki, qulaqlıqdan istifadə zamanı nəqliyyat vasitələrinin səsi vaxtında və aydın eşidilmir. Yaxınlaşan avtomobilin təhlükəsi düzgün qiymətləndirilmir. Reaksiya vermək üçün zəruri vaxt itirilir.
SİA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, piyada keçidlərində diqqətsizlik ağır nəticələrə səbəb ola bilər.
Məlumatda yolu keçməzdən əvvəl qulaqlıqları çıxartmaq, ətraf mühitə tam diqqət yetirmək, yol hərəkəti qaydalarına ciddi əməl etmək tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB