Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Tərtər rayonunda ağacəkmə aksiyası keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya zamanı Tərtər-Bərdə avtomobil yolunun kənarında 110 ədəd Eldar şamı əkilib.
Əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB