Ordubadın yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb

Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb. SİA xəbər verir ki, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.

Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Qarın hündürlüyü Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) 25, Parağaçaq Qar Uçqunu Stansiyasında 5, Şahbuz rayonunun Kükü və Biçənək kəndlərində isə 1 sm qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə