Astarada marketdə saxta alkoqollu içkilərin satışının qarşısı alınıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Astara rayonunun Pensər kəndində Şərafət Mərhəldə qızı Nəcəfovaya məxsus marketdə yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, marketdə ümumi sayı 91 ədəd “Golf Organic”, “Vip Line”, “Orginal Natura”, “Piterskaya”, “Wheat Water” və “Organic Brand” əmtəə nişanlı saxta alkoqollu içki aşkar edilib. Saxta içkilər satışdan kənarlaşdırılıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim olunub.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə