10 dekabr 2025-ci il tarixlərində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən hazırlanmış təlim fəaliyyət planına uyğun olaraq Mərkəzi Gömrük Hospitalında tibb bacıları üçün növbəti təlim keçirilib. SİA xəbər verir ki, təlimdə Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin mütəxəssisi Ceyranxanım Hacıyeva “Laborator müayinələrin keyfiyyətinin təmin olunmasında tibb bacısının rolu. Preanalitik mərhələnin qaydaları” mövzusunda geniş təqdimatla çıxış edib. Ceyranxanım Hacıyeva təqdimatında laboratoriyada qan götürmə taktikaları, venepunksiyaya düzgün yanaşma, nümunələrin identifikasiyası,labarator müayinələrin nəticələri barədə ətraflı məlumat verib və Hospitalın Tibbi laboratoriyasının beynəlxalq keyfiyyət standartlarına uyğun fəaliyyət göstərdiyini vurğulayıb.
Təlim zamanı tibb işçilərini maraqlandıran suallar cavablandırılıb. Təlim xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB