Bu ilin ötən dövründə Bakıda 14,6 hektar ərazidə 7 min 906 ədəd ağac, 9 min 800 ədəd gül kolu əkilib. Keçən il ərzində ümumilikdə əkilmiş ağac və kolların sayı isə 477 min 724 olub.
Bu barədə SİA-ya Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən bildirilib.
“Keçən il COP29 çərçivəsində respublikanın bütün ərazisində olduğu Bakı şəhərində də genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib, Abşeron iqliminə uyğun çox sayda ağaclar əkilib. Əkilmiş ağacların sayı 98 min 557, kolların sayı 379 min 167 ədəddir. Əkilmiş sahə 136,10 hektar, əkilmiş ağacların sahəsi 88 hektar, əkilmiş kolların sahəsi 47,40 hektardır”, - deyə məlumatda qeyd olunub.
Həmçinin vurğulanıb ki, bu il də BŞİH və rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə mövsüm ərzində ağacəkmə aksiyaları keçirilib, minlərlə ağac əkilib. Əsas etibarilə Eldar şamı, kiparis, zeytun, çinar kimi ağaclara üstünlük verilib, oleandr, tuya, liqusturum, evonimus kolları əkilib. Ağacəkmələr ilin sonunadək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB