Azərbaycanda su qıtlığı gözlənilirmi ? - EKOLOQ DANIŞDI

"Dünyada və Azərbaycanda su ehtiyatları sürətlə tükənir. Başda Birləşmiş Millətlər Təşkilatı və YUNESKO olmaqla əlaqədar təşkilatların hesabatlarına görə, həm dünyada əhali artımı, qlobal istiləşmə və quraqlıq kimi faktorlar səbəbindən suya tələbat hər il artır, şirin su ehtiyatları isə azalır". Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.

Onun sözlərinə görə, su yaşamaq üçün ən əsas ehtiyaclarımızdan biridir: "Dünyanın bir çox yerlərində insanlar içmək və ya yemək bişirmək üçün sudan məhrumdurlar. Təbiətdə çoxlu evlər daşqınlar nəticəsində dağılır. Başqa sözlə, qlobal balans hazırda olması lazım olduğundan çox fərqli işləyir. Afrika ölkələrinin uzun illərdir mübarizə apardığı su qıtlığı indi Yaxın Şərq ölkələrində də yaşanır.

Bu arada elə ölkələr var ki, orada yaxın gələcəkdə su qıtlığı gözlənilir. Buna görə də bütün dünyada su problemləri və həlli yolları araşdırılır. Su qıtlığının bir çox səbəbi var və bunun nəticələri bütün dünya tərəfindən narahatlıqla izlənilir.
Su qıtlığının nə olduğu və bunun nədən qaynaqlandığı sualı bir çox ölkələr və fərdlər üçün aktual mövzudur. Hazırda 80 ölkə su çatışmazlığından əziyyət çəkir. Dünyanın 70%-nin su ilə örtülməsi çoxlarının su qıtlığı məsələsini lazımınca qiymətləndirməməsinə səbəb olur. Bununla belə, insanlar və heyvanlar üçün mövcud olan şirin suyun miqdarı bu 70%-in yalnız 2,5%-ni təşkil edir.

Su ehtiyatları hər bir ölkənin iqtisadi inkişafı,ərzaq təhlükəsizliyi və ekoloji tarazlığının mühüm komponentidir.Azərbaycanda su qıtlığı problemi son illər daha da kəskinləşməsi,iqlim dəyişmələri,transsərhəd çayların axınının azalması ,əhali və sənaye artımı su resuslarına təzyiqi xeyli artmışdır.Hazırda ölkənin su ehtiyatlarının təqribən 70% -i qonşu ölkələrdən axan çaylar vasitəsilə formalaşır ki,bu da Azərbaycanın su təhlükəsizliyini reqional münasibətlərə həssas edir.Bu səbəbdən su resuslarının səmərəli idarə edilməsi strateji məsələ kimi dəyərləndirilir.
Su qıtlığının aradan qaldırılması üçün Milli Su Strategiyasınım tətbiqi və vahid idarə sistemi,rəqəmsal su manitoriqi-sensorlar,peyk izləmə,real vaxt məlumat bazası yaradılmalıdır.Kənd təsərrüfatında damcı və yağışvarma suvarma sistemlərinin geniş tədbiqidən,quraqlığa davamlı bitki sortlarının seçilməli ,fermerlər üçün təlim və subsidiyaların artırılması nəzərdə tutulmalıdır.Eyni zamanda köhnə kanalların betonlaşdırılması və boru sistemə keçmək,su anbarlarının genişləndirilməsi,kiçik su yığma hovuzlarının tikilməsi,şəhərlər üçün yağış sularının toplanması sistemləri yaradılması işlər aparılmalıdır.

Bundan əlavə meşələrin bərpası artırmalı,çay hövzələri təmizlənməli və qorunmalı,yeraltı suların normadan artıq istismarının qarşısı alınmalıdır.Azərbaycanda su qıtlığı təkcə effektiv mübarizə deyil,həm də sosial-iqtisadi və ekoloji yanaşmalar tələb edir.İdarəetmə sistemlərinin təkmilləşdirilməsi,suvarmada modern texnalogiyaların tətbiqi,infrastrukturun yenilənməsi və ictimai şüurun artırılması ölkənin su təhlükəsizliyinin təminində əsas istiqamətlərdir.Bu tədbirlər gecikdirilmədən tədbiq edildiyi təqdirdə həm kənd təsərrüfatı, həm də ümumi sosial rifah üçün dayanıqlı inkişaf mümkün olar.

Vətəndaş cəmiyyəti olaraq su qıtlığının səbəbləri, onun nəticələri və təsirləri kimi məsələləri prioritetləşdirməliyik və su qıtlığındakı payımızı azaltmaq üçün fərdi tədbirlər görməliyik".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə