Naxçıvan şəhərinin müəyyən ərazilərinə suyun verilişi dayandırılıb - FOTOLAR

Naxçıvan şəhərində su xəttində qəza baş verib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, şəhərin Nizami, C.Məmmədquluzadə, N.Tusi, V.Qasımov küçələrini, N.Naxçıvani məhəlləsini və Tumbul kəndini içməli su ilə təmin edən magistral xətdə qəza qeydə alınıb.

Qəzanın fəsadlarının aradan qaldırılması ilə əlaqədar bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranıb. İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilişi bərpa ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə