Ağdamda əmək yarmarkası keçirilib...

Dövlət Məşğulluq Agentliyinin Qarabağ Məşğulluq Filialı və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quzanlı qəsəbəsində əmək yarmarkası keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, filial tərəfindən təqdim olunmuş vakansiyalara dair tələblər təhlil olunaraq nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Əmək və Məşğulluq Alt Sistemində işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 222 vətəndaşla iş aparılıb, uyğun namizədlər tədbirə cəlb edilib.

Yarmarkaya 10 müəssisə tərəfindən ümumilikdə 85 boş iş yeri təqdim edilib. İşəgötürən tərəfindən vakansiyalara müraciət edən şəxslərin şəxsi məlumatları (CV) qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə