Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı keçirilən mübarizə tədbirləri nəticəsində 30 kiloqram 596 qram narkotik vasitə marixuana və 3 min 200 ədəd narkotik tərkibli metadon M-40 həbinin İrandan ölkəmizə keçirilməsinin qarşısı alınıb.
Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, noyabrın 28-də DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 9 kiloqram 530 qram narkotik vasitə marixuana və 3 min 200 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkarlanıb.
Dekabrın 3-də isə Daxili İşlər Nazirliyinin Lerik Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, 2003-cü il təvəllüdlü Elcan Eldəniz oğlu Mənsimov şübhəli şəxs qismində saxlanılıb, sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 21 kiloqrram 66 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB