TƏBİB Biləsuvardakı yol qəzası ilə bağlı açıqlama yayıb

Biləsuvar rayonunda baş verən yol qəzası ilə bağlı TƏBİB açıqlama verib. SİA-nın bölgə müxbirinin sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, bu gün saat 03:15 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2003-cü il təvəllüdlü şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona suda boğulma və ağciyər ödemi diaqnozu təyin edilib.

Bu barədə Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, hadisə nəticəsində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə