3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova Sumqayıtın müxtəlif ərazilərində yaşayan sağlamlıq imkanları məhdud şəxsləri ziyarət edib. Deputat görüşlər zamanı onların sosial durumu, sağlamlıq vəziyyəti, reabilitasiya ehtiyacları və qarşılaşdıqları gündəlik çətinliklərlə maraqlanıb. SİA xəbər verir ki, Elnarə Akimova ziyarət etdiyi şəxslərə yardım paketləri təqdim edib.
Millət vəkili bildirib ki, əlilliyi olan şəxslərin sosial müdafiəsi ölkənin sosial siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə dövlət tərəfindən genişmiqyaslı islahatlar həyata keçirilir.
“Bir daha anladım ki, bu uşaqların, bu insanların həyata tutunma eşqi bir başqadır. Onların olduğu mərtəbədən həyat bir başqa rəngdə, bir başqa çalarda görünür. Daha işıqlı və aydın... Və nə yaxşı ki, həyata elə bu ilahi qatdan baxa bilirlər”,- deyə deputat qeyd edib.
Ziyarət edilən vətəndaşlar göstərilən diqqəti yüksək qiymətləndirib, bu təşəbbüslərin həm maddi, həm də mənəvi dəstək baxımından mühüm rol oynadığını bildiriblər.
Sonda Elnarə Akimova əlilliyi olan şəxslərin hüquqlarının qorunması, onların cəmiyyətə tam inteqrasiyası və rifahının artırılması istiqamətində fəaliyyətlərini davam etdirəcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB