Bu gün Bakının Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
SİA "Azərişıq" ASC-yə istinadən xəbər verir ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq "Binəqədi-1" və "Binəqədi-2" hava xətlərində təmir-təftiş və naqillərin yenilənməsi işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Binəqədi kəndi ətrafında yerləşən yeni yaşayış massivləri, 1-ci, 2-ci mədən adlanan yaşayış ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir-təftiş və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB