Torpağın Səsi: Elektron musiqi və rəqəmsal incəsənət gələcəyin dialoqu üçün Bakıda birləşir
5–11 dekabr 2025-ci il tarixlərində İslam Əməkdaşlıq Təşkilatı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” çərçivəsində Torpağın Səsi adlı xüsusi proqram təqdim olunacaq. “Torpağın Səsi” — elektron musiqi və rəqəmsal incəsənətin kəsişməsində formalaşan bir platformadır. Layihənin məqsədi türk dünyasının gənc yaradıcılarını bir araya gətirərək musiqi, texnologiya və incəsənət vasitəsilə gələcəyin ortaq dialoqunu qurmaqdır.
5 dekabr tarixində layihə çərçivəsində tanınmış beynəlxalq DJ-lərin və rəssam Səbinə Şıxlinskayanın iştirakı ilə panel müzakirə keçiriləcək. Səbinə xanım — Azərbaycanın tanınmış rəssamı, küratoru və AtəşHub platformasının yaradıcısıdır. Bu platforma müxtəlif istiqamətlərdə fəaliyyət göstərən istedadlı gəncləri birləşdirir və müasir incəsənətin inkişafı üçün yaradıcı bir məkan yaradır. Paneldə iştirakçılar elektron musiqi və rəqəmsal incəsənətin türk dünyasında yeni nəsillər arasında mədəni dialoqun formalaşmasında oynadığı rolu müzakirə edəcəklər. 5 və 6 dekabr tarixlərində Bakı şəhərindəki beş fərqli məkanda tanınmış DJ-lərin çıxışları baş tutacaq: – DJ AKEE (Qazaxıstan) — mədəniyyət xadimi, radio aparıcısı və musiqi prodüseri; – DJ Bubblegum (Tatarıstan) — Scratch DJ School Kazan-ın təsisçisi və Ak Bars komandasının rəsmi DJ-i; – Hady Tarek (Misir) — beynəlxalq səviyyədə tanınan prodüser və səsyazma mühəndisi; – Hard Reset (Türkiyə) — prodüser, DJ və A&R, qlobal səhnədə fəaliyyəti ilə seçilən sənətçi; – DJ Pancho (Azərbaycan) — ölkənin ən böyük vinil kolleksiyasına malik DJ, “Vinyl Lust” icmasının yaradıcısı. “Torpağın Səsi” — musiqi, rəqəmsal incəsənət və texnologiyanın birləşdiyi, mədəniyyətlər arasında sərhədləri aradan qaldıran yeni hərəkatdır.
Mətləb Salahov
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB