Azərbaycanda hazırda servis haqqı və əlavə ödənişlərin alınması qanunidir? - HÜQUQŞÜNAS
Son günlər Türkiyədə restoran, kafe və digər iaşə obyektlərində müştərilərdən məcburi servis pulu və əlavə ödənişlərin qadağan olunmasi gündəmə gəlib. Yeeni qaydalara görə, müştəri yalnız mal və xidmətin real dəyərini ödəyəcək. Azərbaycanda isə hazırda servis haqları həm vergi, həm də ümumi məbləğ üzərindən hesablanır. Bəs, bu yenilik Azərbaycanda tətbiq oluna bilərmi ? Azərbaycanda hazırda servis haqqı və əlavə ödənişlərin alınması qanunidir? Bəs, servis haqqı necə hesablanır və vergiyə cəlb olunurmu?
Məsələ ilə bağlı hüquqşünas Elnur Məmmıdov SİA-ya açıqlamasında bildirib ki, qanunvericilikdə servis haqqlarının alınmasını qadağan edən bir norma yoxdur:
“Amma burda bir şərt var. Əgər hər hansı bir restoran və ya iaşə obyekti göstərdiyi xidmətə görə əlavə xidmət haqqı tutursa, bunu əvvəlcədən müştəriyə bildirməlidir. Əgər, servis haqqının tutulacağı əvvəlcədən müştəriyə bildirilməyibsə, sonda həmin servis haqqının alınması qanunsuzdur. Müştəri bu servis haqqını ödəməkdən imtina edə bilər. Onun miqdarının hesablanması xidmət göstərənin öz öhdəliyindədir. Gələcəkdə bunun qanunverciliklə tənzimlənməsi daha yaxşı olardı”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB