"Azərbaycan humanitar proseslərdə məsuliyyətli mövqe nümayiş etdirir" -SOLTAN MƏMMƏDOV
"Azərbaycan münaqişə sonrası humanitar proseslərdə daim məsuliyyətli mövqe nümayiş etdirir". SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib.
Onun sözlərinə görə, ölkəmiz beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, azad edilmiş ərazilərdən minalardan təmizlənməsi, infrastrukturun bərpası, keçmiş məcburi köçkünlərin geri qayıdışı məsələlərində son dərəcə müdrik, qətiyyətli mövqe nümayiş etdirir: “Artıq elə bir dövr gəlib çatıb ki, Cənubi Qafqaz əməkdaşlığın, yeni sərmayə axınlarının, yaşıl enerji, nəqliyyat və mədəni diplomatiyanın mərkəzinə çevrilməlidir. Bu hədəf üçün Azərbaycan lazımı siyasi iradəni nümayiş etdirir və bütün tərəfdaşlarla əməkdaşlığa açıqdır. Bu baxımdan, bir qrup ABŞ senatorunun ədalət məhkəməsinə cəlb edilmiş erməni əslli şəxslərə dair mövqeyi məsələyə qeyri-obyektiv yanaşmanın təzahürüdür. Bu, Azərbaycanın suveren məhkəmə proseslərinə müdaxilə kimi qiymətləndirilir. Belə yanlış bəyanatlar bölgədə sülh və sabitliyin möhkəmlənməsinə xidmət etmir, əksinə, Ermənistanın əsasız iddialarını stimullaşdırır. Xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycan tərəfi 2020-ci il 44 günlük müharibədən sonra bütün hərbi əsrlərin qarşılıqlı şəkildə geri qaytarılması öhdəliyini tam şəkildə yerinə yetirib. Bu gün ölkəmizdə saxlananlar və barəsində hüquqi prosedurlar aparılan şəxslər hərbi əsir deyil. Onlar Azərbaycan Respublikasının qanunvericiliyini əsasən cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB