Sumqayıtın bəzi hissələrində qaz olmayacaq

Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında müvəqqəti fasilə olacaq. "Azəriqaz" İB Sumqayıt QİS-dən SİA-nın yerli bürosuna verilən məlumata görə, balans qovşağının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 2-də Sumqayıt şəhəri, Sarıqaya bağları ərazisində 550 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə