Naxçıvanda DYPİ dumanlı hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Naxçıvanda DYPİ dumanlı hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, hazırda muxtar respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar avtomobil yollarının bəzi hissələrində təhlükəsiz görünüş məsafəsi minimuma enib.
Bu da yol nişanlarının, nişanlanma xətlərinin və digər nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərə belə hava şəraitində daha diqqətli olmaq, minimum sürət həddi seçmək, xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tövsiyə olunur.
Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolu görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, səkilərlə, piyada keçidləri ilə hərəkət etməli, məsuliyyət hissini unutmamalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB