Mədəniyyət naziri Ucarda vətəndaşların müraciətini dinləyəcək

Mədəniyyət naziri Ucarda vətəndaşların müraciətini dinləyəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli dekabrın 19-da, saat 10:00-da Ucar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti, 153) Ucar, Zərdab, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay və Kürdəmir rayonlarından olan vətəndaşların müraciətini dinləyəcək. Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar dekabrın 15-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə