"Bakmil" stansiyası fəaliyyətini tam bərpa edib

"Nərimanov" elektrik deposu yollarına yüksək gərginlikli enerjinin verilməsi tam bərpa olunub. Hazırda "Bakmil" stansiyası fəaliyyətini tam bərpa edib. Bu barədə SİA-ya "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Qeyd olunub ki, Yaşıl və Qırmızı xətlərdə qatarlararası intervallar qrafikə uyğun bərpa edilib. Qrafik üzrə 34 cüt/saat prinsipi ilə qatarlar fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə