"Bu xoş gün münasibətilə böyük qürur hissi keçirirəm..."

Məmmədbəyliyə qayıdan sakin...

Zəngilanlıların gözü aydın olsun. Mən də bu xoş gün münasibətilə çox sevinirəm və böyük qürur hissi keçirirəm.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə geri qayıdan keçmiş məcburi köçkün Lalə Orucova söyləyib.

O vurğulayıb ki, bundan sonra doğma torpaqlarımızda toy-büsat, şənliklər daimi olacaq: "Zəngilanlılara göstərilən qayğı və diqqətə görə dövlətimizə minnətdarlığımı ifadə edirəm. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə isə cansağlığı və şəfa versin".

L.Orucova Zəngilan rayonundan çıxanda cəmi üç yaşı olduğunu diqqətə çatdırıb: "Bəlkə də ötən əsrin 90-cı illərində doğulan uşaqlar bunu daha yaxşı anlayar. Doğma yurdumuzdan erkən yaşda ayrıldığımız üçün bir çox şey bizə yad qalıb. Biz o torpaqları əsasən şəkillərdən və videolardan tanımışıq, lakin buna baxmayaraq, hər zaman fəxr etmişik ki, biz zəngilanlıyıq və bu adla qürur duymuşuq".

Bütün xəbərlər Facebook səhifəmizdə