Naxçıvanda noyabr ayı üzrə bütün növ sosial müavinətlər ödənilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə noyabr ayı üçün sosial müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım ödənişləri başa çatdırılıb.

SİA xəbər verir ki, bu barədə bölgə müxbirinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşlar vəsaitlərini plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə