Kəngərli və Ordubad rayonlarında aşkarlanmış hərbi sursatlar ərazidən kənarlaşdırılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Kəngərli və Ordubad rayonları ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub. Məlumatlarla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib. FHN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkarlanmış sursatların 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd UZRQ partladıcısı, 1 ədəd 85 mm-lik BR-365 top mərmisi olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB