“Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun komandası KVN Beynəlxalq İttifaqının Timiryazev Liqasının festivalında iştirak edib. Festival MKTA - K.A.Timiryazev adına Rusiya Dövlət Aqrar Universitetinin bazasında keçirilib. Tədbirdə Rusiyanın 9 şəhərindən 17 kollektiv iştirak edib.
SİA xəbər verir ki, “Bakılı oğlanlar” komandası səhnədə Azərbaycan milli yumorunu və koloriti ustalıqla təqdim edərək tamaşaçıların rəğbətini qazanıb. Onların çıxışı Bakı şəhərinə xas olan səmimi, yüngül və qonaqpərvərlik atmosferi yaradıb.
Proqram dinamikliyi ilə seçilib, belə ki, enerjili musiqi kompozisiyası ilə başlayıb, yumoristik miniatürlərlə davam edib və parlaq bir repriza ilə yekunlaşıb.
Komanda iki il əvvəl I.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tələbəsi Vüsal Məmmədovun rəhbərliyi altında yaradılıb. Onun tərkibinə Seçenov adına Birinci MDTU-nun, Rusiya Dövlət Sosial Universitetinin və Rusiya Xalqlar Dostluğu Universitetinin tələbə və məzunları daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB