Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova Stansiya Sumqayıt ərazisində seçicilərlə növbəti səyyar görüşünü keçirib. SİA xəbər verir ki, görüş zamanı deputat sakinlərin qayğıları, gündəlik üzləşdikləri problemlər və onları narahat edən məsələlərlə yaxından maraqlanıb.
Vətəndaşların bir qismi deputata fərdi qaydada müraciət edərək sosial vəziyyət, kommunal xidmətlər, məşğulluq, infrastruktur, sərnişindaşıma və digər məsələlərlə bağlı fikirlərini bildiriblər.
Elnarə Akimova səsləndirilən hər bir problem üzrə müvafiq qurumlara müraciət ediləcəyini və məsələlərin nəzarətdə saxlanılacağını qeyd edib.
Səfər çərçivəsində deputat Stansiya Sumqayıt ərazisində yerləşən 43 saylı orta məktəbi də ziyarət edib. Məlum olub ki, 1500 ailənin yaşadığı ərazidə 250 nəfər üçün nəzərdə tutulmuş bu yeganə məktəbdə hazırda 771 şagird 3 növbədə təhsil alır. Deputat məktəbin pedaqoji kollektivinin üzləşdiyi çətinliklərlə tanış olub, məktəbin direktoru Ülviyyə Mahmudova ilə birgə kitabxananı da nəzərdən keçirib.
Millət vəkili bildirib ki, sakinlərlə bu cür səyyar görüşlər mütəmadi keçiriləcək.
O, vətəndaşlar tərəfindən qaldırılan bütün məsələlərin aidiyyəti qurumlara çatdırılacağını və həllinin diqqətdə saxlanılacağını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB