Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ahıl müəllimləri ziyarət ediblər. Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SİA-ya verilən məlumata görə, əməkdaşlar vaxtilə müəllim kimi çalışmış və hazırda evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahılları peşə bayramları münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar.
Ahılların bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı qeyd edilib.
Ziyarət edilən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə edib, xoş münasibətin onlara böyük sevinc bəxş etdiyini bildiriblər.
Hazırda Agentlik tərəfindən evlərində sosial-məişət xidməti göstərilən tənha ahıl şəxslərdən 350 nəfəri əvvəllər müəllim işləmiş şəxslərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə