Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən müsabiqəyə əsasən, 170 nömrəli avtobus marşrutu üzrə qalib olan hüquqi şəxs "Xaliq Faiqoğlu" MMC iyulun 20-dən xəttin istismarını həyata keçirəcək.
SİA-nın məlumatına görə, AYNA-dan bildirilib ki, Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 170 nömrəli marşrut xətti üzrə 15 avtobus 8 dəqiqə hərəkət interval ilə sərnişinlərə xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.
İctimai nəqliyyat sahəsində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə