Niyə taksi sürücüləri kartla olan gedişlərdən imtina edirlər? - EKSPERT ŞƏRH ETDİ
"Bugünkü gündə Azərbaycanda nəqliyyat vasitələrinin, xüsusən də taksilərin fəaliyyətində əsas meyar onların ödəniş sistemi ilə bağlıdır. Belə ki, taksilərdən istifadə zamanı, xüsusilə kartla ödəniş ediləndə, sürücülər bəzi hallarda pullarını ala bilmirlər, qalığı əldə edə bilmirlər". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.
Onun sözlərinə görə, bu isə onların məyusluğuna səbəb olur. Nəticədə onlar nağd ödənişə və ya digər sifariş sistemlərinə üstünlük verməyə çalışırlar: "Başqa cür desək, nəqliyyat vasitələri üçün bugünkü gün əsas problemlərdən biri odur ki, bu və ya digər formada nəqliyyat vasitələrini idarə edən şəxslər mütləqdir ki, bu məsələlərə, xüsusən də ödəniş məsələlərinə önəm verməlidirlər. Əks halda, bu onlar üçün daha da çətin olacaq və məqsədlərinə çatmaqda əngəl olacaqdır. Yəni, bu, kartla ödəniş zamanı yaranan çətinliklərin daha da artması və nəticədə problemlərin çoxalmasına gətirib çıxarır. Başqa sözlə, bugünkü gün nəqliyyat vasitələrini idarə edən şəxslərin qarşılaşdığı əsas problemlərdən biri məhz ödəniş sistemidir. Sürücülər bu məsələyə xüsusi önəm verməlidirlər. Əks halda, bu çətinliklər onların məqsədlərinə çatmasında əngəllər yaradacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə