Bakıda Miniboss Biznes Məktəbinin 5-ci Startap Forumu keçirilir - FOTOLAR

Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 5-ci Startap Forumu keçirilir. SİA xəbər verir ki, təşkilatçısı Miniboss Biznes Məktəbi olan bu tədbir artıq Azərbaycanda sahibkarlıq sahəsində yeni bir ənənəyə çevrilib.

Bu il Forumda 22 komanda iki istiqamət üzrə — SIFE (“Startups in Innovative Free Entrepreneurship”) və SAGE (“Startups for the Advancement of a Global Environment”) kateqoriyalarında biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkarlar və investorlara nümayiş etdirirlər.

Qeyd edək ki, SIFE — sərbəst sahibkarlıq üzrə yaradılan startaplardır, SAGE isə qlobal ətraf mühitin inkişafına yönəlmiş layihələrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə