317 nömrəli məktəbdə "Yurdumuza bahar gəlir" adlı tədbir keçirilib - FOTOLAR

Bu gün 317 nömrəli məktəbdə Novruz bayramı ilə əlaqədar olaraq "Yurdumuza bahar gəlir"adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdən öncə məktəbdə siniflər arasında Novruz bayramı ilə bağlı uşaqların hazırladıqları xonçalardan ibarət sərgi təşkil olunub. Daha sonra Novruz bayramı ilə bağlı məktəb uşaqlarının hazırladığı şənlik kompazisiyası nümayiş etdirilib.

Tədbirdə öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra 317 tam orta nömərli məktəbdə təhsil alan 4-cü sinif şagirdləri Novruzun gəlişi, təbiətin oyanması ilə əlaqədar olaraq öz şeirlərini səsləndiriblər. Sonra isə elə həmin uşaqlardan ibarət rəqs qrupu öz çıxışları ilə tədbirin gedişatını daha da rəngarəng ediblər. Milli geyimləri ilə diqqət cəlb edən iştirakçıların hər biri öz istedadlarını sözün əsl mənasında ortaya qoyublar.

Novruz bayramının əsas xüsusiyyətlərindən biri olan çərşənbələrə aid şeirlər və rəvayətlərdə səsləndirilib.

Daha sonra isə məktəbin 7-ci sinif şagirdləri Baharın gəlişinə aid müxtəlif şeirlər səsləndiriblər.

Tədbirdə iştirak edən 2-ci sinif şagirdi Əbdürrəhim Mürşidzadə öz istedadından çox məharətlə istifadə edərək Qarabağ mahnısı səsləndirib.

Sonda isə Novruz bayramının əsas atributları hesab olunan Bahar qızı, kosa və keçəl personajları özünə məxsus şəkildə çıxışlar edərək tədbirdə əsil bayram əhval-ruhiyyəsi yaradıbllar.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə