"KİV-lərin kiber təhlükəsizlik problemləri" mövzusunda dəyirmi masa keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Mətbuat Şurasında "KİV-lərin kiber təhlükəsizlik problemləri" mövzusunda dəyirmi masa keçirilir. SİA xəbər verir ki, dəyirmi masada Mətbuat Şurasının üzvləri, Medianın İnkişafı Agentliyinin təmsilçiləri, KİV rəhbərləri iştirak edir.

Mətbuat Şurasının sədri Rəşad Məcid qonaqları salamlayaraq, Kütləvi İnformasiya Vasitələrində yaranmış problemlərlə bağlı müzakirələrin aparılacağını bildirib.

Daha sonra RİNN yanında ETX-nın rəis müavini Samir Rəsulov sözlərinə belə davam edib: "Bu cür görüşlər bizim üçün vacib hesab olunur. Bugünkü gün kiber təhlükəsizliyi bizim həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Apardığımız araşdırmalar onu deməyə əsas verir ki, yaranmış kiber təhlükəsizliyin 60 faizi insan əli ilə olunur. Biz media orqanlarına müraciət edərək bildirmək istəyirik ki, kiber təhlükəsizliyi mühüm bir faktordur. Bu prosesdə media qurumları bizə kömək edərək, maarifləndirici addımlar atmalıdırlar"- deyə o bildirib.

Qeyd edək ki, dəyirmi masada Müşfiq Ələsgərli, SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev, "Yeni Musavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu, AİKTSA-nın sədri Elvin Abbasov iştirak edib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə