3D xəritələrlə sıxlıq aradan qalxacaq? -NƏQLİYYAT EKSPERTİ AYDINLIQ GƏTİRDİ
"Bu gün Bakı şəhərində avtomobil sıxlığının aradan qaldırılması üçün, tıxacların qarşısını almaq üçün hər hansı bir yeni innovativ addımlar atılırsa, bu, alqışlanmalıdır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, əgər ehtiyac varsa 3D xəritələr edilməlidir. Əsas məqsəd əgər sıxlığı aradan qaldırmaqdırsa, bunlar hamısı edilməlidir. Oxşar layihəni 10 il bundan əvvəl Cənubi Koreya şirkəti Azərbaycana gələrək təklif etmişdi. Və o zaman belə bir ideyalar var idi, amma nədənsə sonrakı dövrlərdə bu layihə həyata keçirilmədi. Əlbəttə, düşünürəm ki, Bakı şəhərində belə xəritələr hazırlanmalıdır, nəinki nəqliyyatın hərəkətini izləyən, hətta Bakı şəhərində olan parklanma yerlərinin vəziyyətini göstərən xəritələr də hazırlanmalıdır. Bu gün şəhərimizdə avtomobil sıxlığının yaranmasının səbəblərindən biri də parklanma yerlərində təşkil olunmamasıdır. Mövcud olan parklanma yerlərinin gizlin saxlanması ünvanlarının açıqlanmamasıdır. Halbuki, parklanma ilə bağlı da belə bir xəritələrin yaranmasına ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB