Məşhur sima yeni mahnısı üçün həyəcanlıdır

Sosial media səhifəsində paylaşdığı cəsarətli kadrları ilə gündəmə gələn məşhur türk sima Ceyda Ərsoy indi yeni mahnısı ilə bağlı həyəcanlıdır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ərsoy paylaşımları qədər cəsarətli klip çəkdirdiklərini vurğulayıb.

Ceyda yeni mahnısı "Hoppa" üçün alış-verişə getdiyini bildirib. Mağazaları bir-bir gəzən Ərsoy “Yeni yay mahnısı hazırladım. Klipim əfsanədir, əminəm ki, tamaşaçılar onu yenidən izləyəcək” deyib.

Mağazaya baş çəkən Ceyda Ərsoyun geyim tərzi də ətrafdakıların marağına səbəb olub.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə