Oqtay olmasa, mən indi torpağın altındaydım - İNFLUENSER DANIŞDI

“Location” adlı məkanda partlayışda 4-cü dərəcəli yanıq xəsarəti alan influenser Aysel Şükür yaşananlardan sonra açıqlama verib: “Arada pis oluram ki, niyə belə oldu? Saçım, qaşım yanıb. Qaşım yoxdur, effekt qoymuşam”. SİA xəbər verir ki, influenser keçmiş həyat yoldaşı Oqtay Əhmədovun onu xəstəxanaya aparmasından danışıb: “Biz Oqtayla dostuq, o məni xəstəxanaya çatdırdı. Sağ olsun, o olmasaydı, indi torpağın altındaydım. O gəldi gördü ki, hamı şokdadır, heç kimin başı çıxmır ki, yanıq nədir? Qaz bədənimə təsir edib, bədənim şişib. Saçımı keçəl edirdilər, dedim eybi yox, nə var odur. Kipriklərim də yanıb. Ən pis ayaqlarımdır. Sabah əməliyyat olunacam. Ayağıma dəri köçürəcəklər. 6 ay heç bir şey etmək olmaz, sadəcə müalicə olunacam. Ayaqlarıma 4-cü dərəcəli yanıq diaqnozu qoyulub”.

Həmin gecə baş verənlərdən danışan Aysel Şükürova, “O qədər xəstəxanaya getdim ki, heç biri götürmürdü. Yaxşı ki, 5 nömrəli xəstəxanaya getməmişəm, indi həyatda deyildim, ölmüşdüm. Telefonlarımın iksi də tapılmadı, ancaq canımızı götürüb qaçmışıq. Yadıma düşür havalanıram, o barədə danışmaq istəmirəm. Çətinliklə yeriyirəm, oturmaq da olmaz. Yuxu dərmanları atıram deyə tezdən oyanıram. Ancaq uzanmalıyam” deyib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə