Dəbli geyimləri ilə göz qamaşdıran Günay yenə öz ampluasında FOTOLAR

Müğənni Günay İbrahimli obyektiv qarşısına keçib. SİA-nın məlumatına görə, sənətçi yeni şəkillər çəkdirib. Onun fotolardakı dəbli geyimi də diqqətlərdən yayınmayıb.

İbrahimli sözügedən fotoları sosial media hesabında yayımlayıb. O, paylaşımına bu sözləri qeyd edib: "Bəzi qapılar şərə, digəri isə xeyrə açılır... Üzümüzə ardında işıq olan qapılar aralansın. Rəbbim hər şeyin ən xeyirlisini qismət etsin".

Günayın bu paylaşımı izləyiciləri tərəfindən bəyənilib. Onlar sənətçinin hər zaman dəbli geyimlərə üstünlük verdiyini yazıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə