Onlar Xocalı soyqırımı ilə bağlı obyektiv qarşısına keçdilər VİDEO

ATV-də yayımlanan "Qız atası" serialının aktyorları Xocalı soyqırımı ilə bağlı videoçarx hazırlayıblar. SİA-nın məlumatına görə, tanınmışlar kamera qarşısına keçərək soyqırımın baş vermə tarixini, orada düşmən tərəfindən qətlə yetirilənləri bir daha xatırlayıblar.

Videoda aparıcı Mətanət Əliverdiyeva, Xalq artisti Fatma Mahmudova, Firəngiz Mütəllimova, Əməkdar artist Teymur Məmmədov, aktyorlar Elməddin Cəfərov, Xəyalə Quliyeva, Ülviyyə Xəlilbəyova, Azər Axşam və başqaları yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə