Azərbaycanlı aktyor koronavirusa yoluxdu

Aktyor Tərlan Nur Yaşar koronavirusa yoluxub. SİA-nın məlumatına görə, bu haqda aktyorun özü sosial şəbəkədə xəbər verib. Test verən Tərlan çıxan cavabı izləyiciləri ilə bölüşüb.

41 yaşlı aktyor paylaşımına bu sözləri əlavə edib: "Son 3 gün ərzində heç kimlə görüşməmişəm. Yenə də kiminlə görüşmüşəmsə, ehtiyatınızı tutun. Dualarınızı əskik etməyin".

Bütün xəbərlər Facebook səhifəmizdə