Yerli dizaynerlərdən ordumuza dəstək FOTOLAR

Azərbaycan Moda Dizaynerləri İctimai Birliyinin təşkil etdiyi sosial layihənin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, layihənin məqsədi beş yerli məşhur dizaynerləri milli ordunun kamuflyaj toxumasından unikal muzey geyimlərinin hazırlanmasıdır. Bu layihə bir millət olaraq sülh arzusunda olsaq da, kimsə bizim torpaqlarımıza iddia edərsə, müharibəyə hazır olduğumuzun mesajını vurğulayır.

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır və bu səbəbdən də Milli Ordunun Qarabağı və ətrafındakı işğal olunmuş 7 rayonunu azad etmək üçün başladığı əks-hücum əməliyyatı dizaynerləri laqeyd qoya bilməyib.

Layihəyə Zümrüd Mirzəliyeva, Günel Behbudova, Nigar Kalbiyeva (Atelier Muliebre), Səbinə Zulalova kimi tanınmış dizaynerlər və atelye UVENTA iştirak ediblər. İstedadlı dizaynerlər hərbi kamuflyajdan dinc məqsədlər üçün istifadə edərək, kutyur geyimlərini hazırlayaraq Azərbaycana dəstək olduqlarını nümayiş etdiriblər.

Ekspozisiya Azərbaycan Milli Ordusunun hərbi parçalar istehsalçısı və gələcəkdə dizaynerlərin geyimlərinin təqdim ediləcəyi beynəlxalq sərgilərin illik iştirakçısı olan GiLTEX şirkətinə hədiyyə olaraq təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə