Müğənni Ayan Babakişiyeva qızı Selena ilə Türkiyədə istirahət edir. SİA-nın məlumatına görə, ifaçı tətil zamanını səmərəli istifadə edib. Belə ki, o, qızı ilə birgə fotokamera önünə keçərək yeni fotosessiya etdirib.

Babakişiyeva şəkillərdə ağ-qara geyimdən və uzun şəffaf tulumdan istifadə edib. Ayan qara dikdaban ayaqqabıları ilə obrazını tamamlayıb.



Müğənni fotosessiya zamanı qızını da öz geyiminə uyğun olaraq ağ və qara rənglərdə geyindirib.

Bütün xəbərlər Facebook səhifəmizdə