"Dəyişilməmişəm, bu, sadəcə, stilin işidir" VİDEO+FOTOLAR

Əməkdar artist Nailə İslamzadə yeni fotosessiya etdirib. SİA-nın məlumatına görə, aparıcı fərqli görünüşü ilə diqqət çəkib.

Aparıcı şəkilləri ilə bağlı bu sözləri dilə gəirib: "Ən yaxşı foto təsadüfən tutulan andır. Müxtəlif saytlardan xahiş edirəm, səhifəmdəki şəkilləri "Nailə xanım belə dəyişdi" deyə, paylaşmasınlar. Nailə xanım dəyişməyib, bu sadəcə baxışın, işığın və stilin işidir. Əsas olan insanın xaricdən deyil, daxildən özünə baxa bilməsidir".

Qeyd edək ki, onun stili üzərində Elnur Həsənov çalışıb. N.İslamzadənin fotolarının müəllifi isə Niko Abbasovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə