Ana olmağa hazırlaşan Türkiyənin məşhur aktrisası Sinem Kobal ilk dəfə görüntülənib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa həyat yoldaşı və həmkarı aktyor Kənan İmirzalıoğlu ilə klinikaların birindən çıxarkən obyektivlərə tuş gəlib.
O, media nümayəndələrinə "Hər şey yaxşıdır", deyə cavab verib.

Kənan İmirzalıoğlu isə bu sözləri deyib: "Ana olmasına iki ay qaldı. Allah nəzərdən qorusun".

S.Kobalın əynindəki libası da diqqətlərdən yayınmayıb. Onu sevənlər paltarının qiyməti ilə maraqlanıblar.

Araşdırmamız zamanı bəlli olub ki, Sinem Kobalın libası 280 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB