Xalq artistini tənqid etdilər FOTOLAR

Xalq artisti Gülyanaq Məmmədova ilk dəfə fərqli obrazda makiyaj və saç düzümü etdirib. SİA-nın məlumatına görə, müğənni yeni fotolarını "İnstagram"da izləyiciləri ilə bölüşüb. G.Məmmədovanın makiyajını izləyicilər tənqid ediblər.

İfaçı ünvanına sərt sözlər yazan sosial şəbəkə istifadəçilərini cavabsız qoymayıb. "Ayıbdır, sizə yaraşdırmadım. Burada "şpaklyovka" var? Sizə bu sözləri kim yazdırır? Bütün makiyaj çəkilişləri belə olur. Sənətkarı sevən onu hər halı ilə sevər, dəstək olar. Sizin davanız bəzənənlə deyil, bəzəyənlədir. Nahaq edirsiz, günahdır. Yazdıqlarınıza diqqət edin".

Bütün xəbərlər Facebook səhifəmizdə