Aygünlə Röyanın bənzər addımı FOTOLAR

Xalq artisti Röya Ayxan yeni fotosessiya etdirib. SİA-nın məlumatına görə, ifaçı sözügedən şəkillərin bir neçəsini sosial media hesabında yayımlayıb. Onun bu paylaşımı müzakirələrə səbəb olub.

Müğənninin etno tərzində olan fotolardakı imici Xalq artisti Aygün Kazımovanın illər əvvəl olan görünüşünə bənzədilib. Belə ki, sosial şəbəkədə paylaşılan fotolar Kazımovanın 18 il əvvəl çəkdirdiyi şəkillərlə müqayisə edilib.

Onların tərzinin, saç düzümü, bikini və aksessuarlarının çox oxşadığı vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə